Salyan şəhərində Bələdiyyə istirahət Parkı Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 134 s saylı sərəncamına uyğun Salyan bələdiyyəsinin istirahət parkının tikintisi üçün 372.150 manat pul vəsaiti ayrılmışdır. Park 3312 kvm sahədə yerləşir və layihə əsasında 550 kvm ölçüdə qeyri yaşayış obyektləri inşa edilmişdir. Bu barədə məlumatı adıçəkilən bələdiyyədən daxil olub.
Bildirilir ki, parkda bələdiyyə üçün gəlir gətirən sahələrin də inşası həyata keçirilib. Belə ki layihə əsasında qadın və kişi salonu, kafe, çayxana, çörəkbişmə sexi və digər qeyri yaşayış obyektləri inşa edilmişdir. Hazırda tamamla işləri gedir.
Xatırladaq ki, cari ildə dörd bələdiyyəyə bir milyon manat subvensiya ayrılıb. Bu sırada Salyan bələdiyyəsi də vardır.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|